logo

Bakıda Azərbaycan-Slovakiya iqtisadi əməkdaşlığı müzakirə edilib

22:54 28-11-2019 | icon 2555
Bakıda Azərbaycan-Slovakiya iqtisadi əməkdaşlığı müzakirə edilib

Azərbaycanın baş naziri Əli Əsədov noyabrın 28-də Bakıda səfərdə olan Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, görüşdə Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.