Bundan sonra A.Merkel zarafatla pilləkənləri görmədiyini və növbəti dəfə onlardan mütləq istifadə edəcəyini deyib.
Qeyd edək ki, yerli mətbuatda son aylar səhhətində yaranan problemlər fonunda Angela Merkelin öz postunu vaxtından əvvəl tərk edə biləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Lakin Kansler bunları inkar edərək öz postunu vaxtından əvvəl tərk etməyəcəyini bəyan edib.
Xatırladaq ki, 2018-ci ildə dördüncü dəfə Almaniya kansleri seçilən Angela Merkel 2021-ci ilə qədər bu vəzifəni icra etməlidir.