logo

İmişlidə avtoqəzada sürücü öldü

20:14 28-11-2019 | icon 3689
İmişlidə avtoqəzada sürücü öldü

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki,  hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi “Renault Megane” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Onun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.