Rusiya Azərbaycanla Ermənistan arasında humanitar tədbirlərin davamınıa tərəfdarıdır
Rusiya Azərbaycan və Ermənistan arasında humanitar tədbirlərin davamının, Dağlıq Qarabağ nizamlanması çərçivəsində əhalinin sülhə hazırlanmasının tərəfdarıdır.
YeniAvropa xəbər verir ki, bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirdiyi brifinqdə bəyan edib.
Mariya Zaxarova noyabrın 17-21-də keçirilən Azərbaycan və Ermənistan jurnalistləri arasında səfər mübadiləsi ilə əlaqədar deyib: “Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Dağlıq Qarabağ nizamlanması üzrə cari ilin aprelində Moskvada keçirilən görüşdə Ermənistan və Azərbaycanın Xarici İşlər nazirləri bir sıra humanitar məsələlərə dair praktik işə başlamaq haqqında razılıq əldə ediblər. Onların arasında KİV nümayəndələrinin qarşılıqlı səfərləri də var. Bu, martda Vyanada keçirilən sonuncu sammitdə şərtləndirilib. Bu cür səfərlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin əlaqələndirici rolu ilə noyabrın 17-dən 21-dək olan dövrdə keçirilib. Həmin səfərlərdə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ jurnalistləri iştirak ediblər. Biz bu birgə tədbiri tərəflərin ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına kömək etmək niyyətinin göstəricisi kimi qiymətləndiririk. Hesab edirik ki, əhalinin sülhə hazırlanmasına istiqamətlənmiş bu cür humanitar aksiyaları davam etdirmək lazımdır və şübhəsiz ki, biz onları dəstəkləyəcəyik. Mümkün istiqamətlərdən biri tərəflərin ərazisində həbsxanada olan şəxslərin taleyinin yüngülləşdirilməsidir. Bu barədə nazirlərin və ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskva bəyanatında deyilib. Öz tərəfimdən bir daha demək istəyirəm ki, biz tərəflərə zəruri vasitəçilik köməyi göstərməyə davam edəcəyik”.
M.Zaxarova onu da qeyd edib ki, Bratislavada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Minsk qrupu həmsədrlərinin və bu təşkilatın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələri nəzərdə tutulub. O əlavə edib: “Dağlıq Qarabağ nizamlanması mövzusu son illər ərzində mütəmadi olaraq məhz ATƏT çərçivəsində müzakirə edilir. Qarşıdan gələn Bratislavada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində həmsədrlər üçlüyünün məsləhətləşmələri nəzərdə tutulub. Söhbət xüsusi tapşırıqlar üzrə səfirlər səviyyəsindən gedir. Əgər başqa formatlar, başqa səviyyələrin keçirilməsi barədə hansısa əlaqə qərarlar qəbul olunsa, onda müvafiq olaraq bunu da şərh edəcəyik. Bizim tərəfimizdən bu mövzu ilə bağlı dialoqun bu cür ənənəvi dəstəklənməsini siz bilirsiniz”.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib