logo

Messi daha bir ilkə imza atıb

14:32 28-11-2019 | icon 3059
Messi daha bir ilkə imza atıb

İspaniyanın “Barselona” futbol klubunun kapitanı Lionel Messi növbəti rekorda imza atıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 32 yaşlı argentinalı hücumçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Borussiya Dortmund” komandası ilə matçda (3:1) bir qol vurub və iki məhsuldar ötürmə edib.  Beləliklə də Lionel Messi qitənin ən nüfuzlu turnirində 34 fərqli kluba qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Kataloniya klubunun kapitanı bu nəticə ilə Kriştiano Ronaldo və Raul Qonzalesi (33 klub) geridə qoyub.

Qeyd edək ki, L.Messi cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 13 oyunda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xatırladaq ki, ötən gün L.Messi  "Barselona” nın heyətində  700-cü oyununa çıxıb.  “Barselona” forması ilə belə bir rekord hələlik Xaviyə məxsusdur(767).