logo

Azərbaycan millisi FIFA reytinqində 114-cü yerə endi

14:10 28-11-2019 | icon 2905
Azərbaycan millisi FIFA reytinqində 114-cü yerə endi

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası üç pillə geriləyib. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Belçika millisi 1765 xalla birinci pillədə yer alıb. Fransa yığması 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü sırada qərarlaşıblar.