logo

Gürcüstan parlamentinin binası polis kardonu ilə gücləndirilib

11:07 28-11-2019 | icon 2408
Gürcüstan parlamentinin binası polis kardonu ilə gücləndirilib

Gürcüstan polisi paytaxt Tbilisidə parlamentin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, əraziyə çox sayda polis əməkdaşı cəlb olunub. Parlament binasının girişlərinə aparan yollarda dəmir konstruksiyalardan sədd qurulub.

Buna səbəb müxalifətin bu gün səhər saatlarından deputatların parlamentə girişinə maneə törədəcəkləri barədə xəbərdarlığı olub. Müxalifət və ictimai fəallar bu gün parlamentin girişlərini bloklamaq niyyətindədirlər.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10:00-da parlamentin komitə, 12:00-da isə plenar iclasları keçiriləcək. Etirazçılar deputatların qanunverici orqana daxil olmasına imkan verməyəcəklərini bildiriblər.