logo

Qurban Qurbanov meydanda 90 dəqiqə mübarizə apaacaqlarını dedi

21:36 27-11-2019 | icon 301
Qurban Qurbanov meydanda 90 dəqiqə mübarizə apaacaqlarını dedi

"Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Üstəlik, rəqib növbəti mərhələyə birinci yerlə vəsiqəni təmin edib". 

YeniAvropa xəbər verir  ki, bu fikri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın “Sevilya”  komandası ilə oyuna həsr olunan mətbuat konfransında səsləndirib.

"İstənilən halda, xal baxımından bizim üçün çox vacib oyundur. Bizim üçün bütün oyunlar önəmlidir. Hər matçda çatışmayan cəhətlərimizi yaxşılaşdırmağa, yaxşı mübarizə aparmağa çalışırıq. Xüsusən də, belə komandalara qarşı. Sabah da böyük komandaya qarşı çıxış edəcəyik. 90 dəqiqə ərzində mübarizə aparmağa çalışacağıq",-deyə  47 yaşlı mütəxəssis bildirib. 

Xatırladaq ki, sabah "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.