Çin şirkətləri Azərbaycana 832 milyon dollar investisiya yatırıblar
Çin şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 832 milyon dollar investisiya yatırıb.
YeniAvropa İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri nazir müavini Niyazi Səfərov Bakıda Azərbaycan və Çinin Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclasında deyib.
Azərbaycan və Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun həmsədri N.Səfərov Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizin Çində ticarət nümayəndəsinin, Lucouda Azərbaycan Ticarət Evinin, Urumçidə və Şanxayda Azərbaycan şərab evlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, ölkəmizdə bank, sığorta, kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, xidmət sahələrində 120-dək Çin kapitallı şirkət qeydiyyatda keçib. Çin şirkətləri Azərbaycan iqtisadiyyatına 832 milyon dollar investisiya yatırıb.
Nazir müavini ikitərəfli əməkdaşlıqda qarşılıqlı ticarətin əhəmiyyətini vurğulayıb, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin 55 faizinin Azərbaycanın payına düşdüyünü qeyd edib.
Sincan-Uyğur Muxtar Rayonunun Xalq Hökumətinin sədr müavini Çjao Çunzyu ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, iqtisad-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.
İclasda İşçi Qrupun sonuncu iclasından keçən müddət ərzində görülən işlər və qarşıdakı dövr üçün əməkdaşlığın inkişafı üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Tədbir çərçivəsində Azərbaycan və Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənəd kənd təsərrüfatı, nəqliyyat, ticarət, energetika, səhiyyə, təhsil, turizm, mədəniyyət və sair sahələrdə əməkdaşlığın genişləndirilməsinı ehtiva edir.
Azərbaycana səfər çərçivəsində çinli qonaqlar Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir