logo

Albaniyada zəlzələdə ölənlərin sayı 20 nəfərə çatıb

23:10 26-11-2019 | icon 2478
Albaniyada zəlzələdə ölənlərin sayı 20 nəfərə çatıb

Albaniyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Albanian Daily News” nəşri ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, dağıntıların altından 42 nəfər xilas edilib, Durres və Tuman şəhərlərində xilasetmə əməliyyatı davam edir. İtaliya, Yunanıstan, Fransa, Türkiyə, Serbiya, Çernoqoriya və Kosovodan olan xilasedicilər də xilasetmə işlərinə cəlb olunub.

Xatırladaq ki, noyabrın 26-da səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, zəlzələnin ardından beş baldan yuxarı bir neçə afterşok qeydə alınıb. Yeraltı təkanlar zəlzələnin episentrinə yaxın olan Tirana, həmçinin Durres şəhərlərində daha çox hiss edilib. Nəticədə bir neçə bina dağılıb. Ölkədəki bütün məktəblər bağlanıb.