logo

Lionel Messi “Barselona” formasında 700-cü oyununa çıxacaq

19:55 26-11-2019 | icon 3024
Lionel Messi “Barselona” formasında 700-cü oyununa çıxacaq

İspaniyanın "Barselona” klubunun 32 yaşlı argentinalı hücumşusu Lionel Messi sabah 700-cü oyununa çıxacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu , UEFA Çempionlar Liqası çərçivəsində “Barselona” -“Borussia Dortmund” qarşılaşmasında qeydə alınacaq. 

Qeyd edək ki, “Barselona” forması ilə belə bir rekord hələlik Xaviyə məxsusdur(767). 

Xatırladaq ki, Leonel Messi  2004-cü ildən formasını geydiyi “Barselona”da 699 oyunda iştirak edib və  612 qol vurub, 235 məhsuldar ötürmə edib.

Yeri gəlmişkən, Lionel Messi "Qızıl top" mükafatını beş dəfə qazanan ilk və hələlik yeganə futbolçudur.O, həmçinin, Avropada "Qızıl buts" mükafatını 5 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun,dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.

Bundan əlavə, Messi bir çox göstəricilərdə dünya rekordunu əldə edib: 289 qolla La Liqa tarixində ən çox qol vuran, 50 qolla bir La Liqa mövsümündə ən çox qol vuran, 91 qolla bir təqvim ilində ən çox qol vuran, Çempionlar Liqasında bir oyunda ən çox – 5 qol vuran və çempionlar liqasında ən çox – 5 dəfə bombardir olan oyunçudur.