ABŞ Türkiyəyə satmaq istəmədiyi "F-35" qırıcı təyyarələri Bolqarıstana satacaq.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ Evdə Bolqarıstanın baş naziri Boyko Borisovla görüşü zamanı ABŞ prezidenti Donald Tramp məlumat verib.
“Bolqarıstan bizdən "F-35"lərlə yanaşı diğər hərbi texnika da sifariş edib",-deyə Tramp bildirib.
Bolqarıstanın baş naziri ABŞ prezidentinin onu qəbul etdiyinə görə təşəkkür edib və yaxın vaxtlarda iki ölkə arasındakı viza rejiminin də sadələşdiriləcəyinə ümid etdiyini vurğulayıb.