logo

Albaniyada 6,4 bal gücündə zəlzələ: 5 nəfər ölüb, 150 nəfər yaralanıb

10:59 26-11-2019 | icon 2352
Albaniyada 6,4 bal gücündə zəlzələ: 5 nəfər ölüb, 150 nəfər yaralanıb

Albaniyanın paytaxtı Tirana ətrafında baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində azı 5 nəfər ölüb, 150 nəfər yaralanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə məlumatı Albaniyanın Müdafiə nazirliyi yayıb.Qeyd edilib ki, bu, son 30 ildə ölkədə qeydə alınan ən güclü zəlzələdir. 

Yeraltı təkanlar Şicak şəhərindən 10 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub. 

Məlumata görə, ölən və yaralananların sayının artacağı ehtimal edilir. Zəlzələ baş verən ərazidə bir neçə ev də uçub. Dağıntılar altında qalanlar var. 

Xilasetmə əməliyyatı davam edir.