Azərbaycanda ilk dəfə intiharlara qarşı bağlı Milli Fəaliyyət Planı hazırlanacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə iş müstəvisində Azərbaycandq intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq.
YeniAvropa xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov noyabrın 26-da "İntiharların qarşısının alınması" mövzusunda keçirilən konfransda məlumat verib.
Dünya Səhiyyə Təşkilatının hesablamalarına istinad edən natiq, son 45 ildə intiharların sayının orta hesabla 60 faiz artdığını bildirib. Onun sözlərinə görə, dünyada hər 40 saniyədə bir nəfər intihar edir.
A.Kərimov intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu deyib. O, intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, intihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi, intihara haqq qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi yolverilməzdir. Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmalıdır.
Nazir müavini intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsinin önəmini vurğulayıb. A.Kərimov qeyd edib ki, ilk növbədə İntiharların Qarşısının Alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır. Hazırki tədbirin əsas məqsədlərindən biri də budur. Növbəti mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP arasında “İntiharların qarşısının alınması” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti qeyd edib ki, intihar bütün dünya ölkələrində qlobal fenomendir və Azərbaycan da istisna deyil. Hər bir intihar ailələrə, icmalara və ümumiyyətlə, cəmiyyətlərə təsir edən, təsiri uzun müddət ötüb keçməyən faciədir. İntiharların qarşının alınması səhiyyə və təhsil, əmək, kənd təsərrüfatı, biznes, ədliyyə, qanunvericilik, müdafiə, siyasət və media sektorları kimi cəmiyyətin bir sıra sektorlarında istiqamətləndirmə və sıx əməkdaşlıq tələb edir.
Dəyirmi masada İntiharlar üzrə Beynəlxalq Jurnalistika Platformasının eksperti Alfred Skoqberq, İnklüzivlik, Uşaq və Təhsil üzrə beynəlxalq ekspert, professor Mişel Mur intihar hallarının sayının artdığını, xüsusilə gənclərin intihara daha çox meyilli olduğunu qeyd edib, bunun qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin vacibliyini diqqətə çatdırıblar.
Dəyirmi masada yardım xəttləri, gənclərə dəstək, həssas qrupları hədəfləyən proqramlar və icmaların inkişafına yönələn proqramlar kimi, bir sıra yeni fəaliyyət növləri müzakirə olunur.
AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır