logo

“Bibiheybət” məscidi ərazindəki sürüşmə prosesi tam başa çatmayıb

19:21 25-11-2019 | icon 2471
“Bibiheybət” məscidi ərazindəki sürüşmə prosesi tam başa çatmayıb

“Bibiheybət” məscidindən şəhər istiqamətinə doğru yolda, məsciddən təxminən 100 metr irəlidə, yolun sağ hissəsində 300 metrə yaxın məsafədə çatlar əmələ gəlmişdi. Həmin ərazinin 150 metrə yaxın hissəsində uçqun tipli sürüşmə prosesi baş verib. Proses dəniz istiqamətində qeydə alınıb və torpaq qatı Gəmiqayırma Zavodunun binalarına çatıb. Sürüşmə prosesi tam başa çatmayıb və gərginlik qalmaqdadır. Müvafiq orqanlar tərəfindən sürüşmə baş verən əraziyə nəqliyyat vasitələrinin və insanların giriş-çıxışının qarşısı alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov məlumat verib.

“Sürüşmə prosesi həmin ərazidə yeni qeydə alınmayıb. Gəmiqayırma Zavoduna yaxın istinad divarları quraşdırılmışdı. Ötən il müşahidə aparanda həmin divarlarda bir neçə yerdən qabarmalar qeydə alınmışdı. Hətta baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaq üçün əraziyə yaxın yerlərdə nəqliyyat vasitələrinin saxlanılmaması tövsiyə olunmuşdu. Keçən həftə həmin ərazidə dəniz istiqamətində təzyiqin olduğu barədə məlumat vermişdim. Proses gedirdi. Atmosfer çöküntülərinin miqdarı normadan artıq olduğuna görə, torpaq qatı daha ağırlaşdı. Nəticədə təzyiq də artdı və proses sürüşməyə həssas olan yerdə baş verdi”, - deyə Ə.Qaralov qeyd edib.