logo

Türkiyə "S-400" zenit-raket komplekslərinin ilkin sınağını keçirir

18:10 25-11-2019 | icon 2667
Türkiyə "S-400" zenit-raket komplekslərinin ilkin sınağını keçirir

Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 25-də "S-400" zenit-raket müdafiə komplekslərinin ilk sınağına başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, test sınaqları Ankara vilayəti ərazisində keçirilir. Rəsmi məlumata görə, yoxlama prosesi çərçivəsində səmaya müxtəlif uçuş aparatları buraxılıb, o cümlədən F-16 qırıcı təyyarələri uçuşa qalxıb. Türkiyənin hərbçi mütəxəssisləri zenit-raket sistemləri və təyyarələr arasında əlaqənin vəziyyətini yoxlayıblar.

Sınaqlar noyabrın 26-da da davam etdiriləcək.

Qeyd edək ki, rəsmi Ankaranın sifarişi ilə Rusiyada Türkiyə üçün "S-400" zenit-raket komplekslərinin tədarük edilməsi ABŞ başda olmaqla bəzi NATO üzvlərinin ciddi narazılığına səbəb olub. Bütün siyasi təzyiqlərə baxmayaraq, Türkiyə 2017-ci ildə Rusiya ilə imzaladığı "S-400 Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar məbləğində kredit sazişinin icrasından geri çəkilmədi.