logo

Baş nazir Əli Əsədov Bibiheybət yolundakı sürüşmə zonasında olub

15:10 25-11-2019 | icon 2219
Baş nazir Əli Əsədov Bibiheybət yolundakı sürüşmə zonasında olub

Baş nazir Əli Əsədov və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  noyabrın 25-də Səbail rayonu ərazisində Bibiheybət yolunda baş vermiş sürüşmə zonasında olublar.

YeniAvropa xəbər verir  ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb

Baş nazir Əli Əsədov əraziyə baxış keçirərək vəziyyətlə yerində tanış olub.

Qeyd edək ki, ötən gün baş verən sürüşmə ilə əlaqədar yeni yolun Bibiheybət məscidindən paytaxtın mərkəzinə gedən istiqamətində hərəkət dayandırılıb.