logo

Kürdəmirdə avtoqəzada 2 nəfər öldü

14:09 24-11-2019 | icon 3703
Kürdəmirdə avtoqəzada 2 nəfər öldü

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZ-2410" markalı avtomobilin sürücüsü Əhmədov Mehman Surxay oğlu idarə etdiyi nəqliyyat vasitəsini "KamAZ" markalı yük maşınına çırpıb. Nəticədə M.Əhmədov və onun sərnişini İbadov Vüqar Arif oğlu hadisə yerində ölüb. Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.