logo

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Bakıya gələcək

22:17 23-11-2019 | icon 2324
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Bakıya gələcək

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Zao dekabrın əvvəlində Azərbaycana səfərə gələcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. Qeyd edilib ki, səfərdə məqsəd Bakıda keçiriləcək “İnnovasiyalar Zamanı 2019”  forumunda iştirak etməkdir.

Forum 5-6 dekabr  tarixində "Fairmount" hotelində baş tutacaq.  Forumda həmçinin bir sıra ölkələrin rabitə nazirləri , o cümlədən, Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi, Belarusun rabitə və informasiyalaşdırma naziri Konstantin Şulqan da iştirak edəcək.

Xatırladaq ki, Forum  dekabrın 3-dən 6-dək Bakı Expo Mərkəzdə keçiriləcək 25-ci yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar  sərgisi(Bakutel 2019)  çərçivəsində təşkil olunacaq.