logo

Erməni jurnalistlər Bakıda

21:35 23-11-2019 | icon 2380
Erməni jurnalistlər Bakıda

ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Qeyd edək ki, erməni tərəfdən Azərbaycana "Şant" telekanalının şərhçisi Artyom Yerkanyan, "Mediamaks" agentliyinin baş redaktoru David Alaverdiyan və Qarabağın ictimai televiziyasının jurnalisti Edqar Elbakyan gəliblər.