logo

Mehriban Əliyeva Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edib

14:10 23-11-2019 | icon 2373
Mehriban Əliyeva Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin "Kosmos" pavilyonunda X Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclası öz işinə başlayıb.

YeniAvropa xəbər verir  ki, forumun plenar iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko da iştirak edir.

Qeyd edək ki, forum Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilir.