logo

Mikayıl Cabbarov Moskvada bir sıra işgüzar görüşlər keçirib

19:20 22-11-2019 | icon 2695
Mikayıl Cabbarov Moskvada bir sıra işgüzar görüşlər keçirib

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 22-də Moskvada Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla görüşüb.

 YeniAvropa xəbər verir  ki, görüşdə 2019-cu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 25 faizdən çox artaraq 2,2 milyard ABŞ dollarına çatdığı bildirilib. Avtomobil və maşınqayırma sahələrinin ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən olduğunu qeyd edən tərəflər aviasiya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, əczaçılıq sənayesi və digər sahələrdə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Bu gün nazir Mikayıl Cabbarov Rusiya Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artemyev ilə də görüşüb. Rusiyada antiinhisar xidmətinin fəaliyyət istiqamətləri və görülən işlər haqqında Azərbaycanın iqtisadiyyat nazirinə ətraflı məlumat verən İ.Artemyev bu sahədə ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Hər iki görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb. Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes-investisiya mühiti, antiinhisar siyasəti sahəsində görülən işlər və sair barədə geniş məlumat verib, Rusiya-Azərbaycan əməkdaşlığının böyük potensialı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı strateji əməkdaşlığın intensivləşdirilməsi, iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün hər iki dövlətin məsul qurumlarının səyləri artıracaqlarına əminlik ifadə edilib.