logo

AFFA baş məşqçi Nikola Yurçeviçi də istefaya göndərir

18:08 22-11-2019 | icon 2835
AFFA baş məşqçi Nikola Yurçeviçi də istefaya göndərir

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandanın baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırır.

 YeniAvropa xəbər verir  ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov dövlət radiosuna müsahibəsində deyib: “Yurçeviç qarşısına qoyulan məqsədə nail ola bilmədi. Qrupda yuxarı yerlərdə olmaq şərti qoyulmuşdu. Lakin vəzifənin öhdəsindən gəlmədi. Yəqin ki, onunla yollar ayrılacaq”.

Xatırladaq ki, Nikola Yurçeviçin rəhbərliyi altında milli komandamız "Evro2020"nin seçmə mərhələsində qrupu 1 xal toplamaqla sonuncu yerdə başa vurub.

Qeyd edək ki, Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış etməsi və qrupda sonuncu yeri tutması futbol ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Sosial şəbəkələrin istifadəçiləri AFFA-nın hazırkı baş məşqçiyə xərclədiyi böyük miqdarda pulların batmasına öz etirazlarını bildirirlər. Hətta AFFA rəhbərliyinin də tam tərkibdə istefası tələb olunur.