logo

İlham Əliyev əlil və şəhid ailələri üçün 0,5 milyon manat ayırdı

15:28 22-11-2019 | icon 2422
İlham Əliyev əlil və şəhid ailələri üçün 0,5 milyon manat ayırdı

Prezident İlham Əliyev noyabrın 22-də "Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 500 000 (beş yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.