logo

Rusiya indiyədək Azərbaycan 5 milyard dollar investisiya yatırıb

14:29 22-11-2019 | icon 2653
Rusiya indiyədək Azərbaycan 5 milyard dollar investisiya yatırıb

Rusiya bu vaxtadək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, ölkəmiz isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumundakı çıxışında deyib. O bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada münbit şərait yaradılıb.

Nazir Azərbaycanda dövlət tərəfindən sahibkarlığa yüksək səviyyədə dəstəyin göstərildiyini, bu sahədə xüsusi qanunvericiliyin, o cümlədən xüsusi sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini vurğulayıb. O, “Şimal-Cənub” və “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayıb.

M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərməyadərlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb.

İqtisadiyyat naziri turizm sahəsi, Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılması və digər mövzulara da toxunub.