logo

Gələn ay Qazaxıstanda Suriya üzrə növbəti danışıqlar keçiriləcək

14:12 22-11-2019 | icon 2499
Gələn ay Qazaxıstanda Suriya üzrə növbəti danışıqlar keçiriləcək

Dekabrın 10-11-də Qazaxıstanda Suriya ilə bağlı növbəti danışıqlar keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Suriyada vəziyyəti tənzimləməsi məqsədilə Qazaxıstanın paytaxtında aparılan danışıqların bu günə qədər 13 raundu keçirilib. Son danışıqlar cari ilin avqustunda aparılmışdı. Həmin danışıqların yekununda tərəflər İdlib əyalətində mülki şəxslərin təhlükəsizliyini təmin etmək barədə razılığa gəlmişdilər.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran bu prosesin təminatçı ölkələridir.