logo

Azərbaycanda 2 mindən çox məhkuma elektron qolbaq taxılıb

13:58 22-11-2019 | icon 2632
Azərbaycanda 2 mindən çox məhkuma elektron qolbaq taxılıb

Azərbaycanda Bu günədək 2 mindən artıq məhkuma elektron qolbaqlar tətbiq edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun mətbuatda dərc olunan “Azərbaycan ədliyyəsinin müasir inkişaf dövrü” mövzusundakı məqaləsində qeyd edilib.

Nazir məqalədə bildirir ki,  ötən dövrdə cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib. İstintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb. Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

Bununla yanaşı, Azərbaycan Prezidentinin məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq ekspert araşdırmalarının keyfiyyətinin və operativliyinin, iqtisad ekspertizaları sahəsində işin səmərəliliyinin artırılması məqsədilə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin strukturu təkmilləşdirilib, ştat sayı artırılıb, ekspertiza fəaliyyətinə əlçatanlığın asanlaşdırılması, yerli məhkəmə və hüquq-mühafizə orqanlarına köməklik məqsədilə Mərkəzin əlavə yeni - Lənkəran regional bölməsi yaradılıb.

Vurğulanıb ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən cari ildə 41 ekspert ixtisası üzrə 24 minədək iş icra edilib və ekspertlər 675 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,5 faizinin həllinə nail olublar.