logo

Oqtay Əsədov MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib

13:11 22-11-2019 | icon 2275
Oqtay Əsədov MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib

Noyabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB Parlament Assambleyasının(PA) 50-ci yubiley sessiyasında iştirak edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, tədbiri açan qurumun sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley münasibətilə təbrik edərək sessiyanın işinə uğurlar arzulayıb. Sonra MDB PA-nın yaranma tarixi və inkişaf yolu barədə sənədli film nümayiş etdirilib.

Sessiyada normativ hüquqi aktlar, parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, ekoloji zərərin hesablanması, sosial turizm, reklam haqqında model qanunlar, ekoloji təhlükəsizlik üzrə milli mərkəzlərin yaradılması, MDB PA-nın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxılıb. Tədbirdə çıxış edənlər müzakirə olunan sənədlər barədə öz qeyd və təkliflərini bildiriblər.

Azərbaycan parlamenti nümayəndə heyətinin Sankt-Peterburqa səfəri bu gün başa çatır.