Bakıdan Naxçıvana benzin daşıyan maşın aşaraq yanıb: sürücü ölüb
Bakıdan Naxçıvana benzin daşıyan maşınının Biləsuvar rayonu ərazisində idarəetməni itirərək yolun kənarına aşaraq yanması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yanıq xəsarətləri alıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi(FHN) mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, noyabrın 22-də saat 3:49-da FHN-in "112 " qaynar telefon xəttinə Biləsuvar rayonu ərazisində, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobilin yanması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Saat 4:10-da Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın avtomobili hadisə yerinə çatıb. DYMX-nin hadisə yerindəki əməkdaşı verilən ünvanda “KamAZ” markalı yanacaq daşıyan avtomobilin açıq alovla yanması və avtomobildə bir nəfərin qalması barədə məlumat verib.
Yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 21 nəfərlik şəxsi heyəti və 6 texnika cəlb olunub.
Müəyyən edilib ki, Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən, 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlu tərəfindən idarə olunan “DAF” markalı 99-CZ-868 dövlət qeydiyyat nişanlı yanacaqla dolu avtoçənin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində avtomobilin çənində olan 38 ton “Aİ-93” (benzin) markalı yanacaq yanıb. Hadisə zamanı avtomobilin sürücüsü Kələntərov Yavər Rəşid oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan köməkçi sürücü 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlu əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.
Yanğın saat 5:40-da məhdudlaşdırılıb. Alov saat 08:41-də yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib