logo

Şimal rayonlarına qar yağır

10:10 22-11-2019 | icon 2436
Şimal rayonlarına qar yağır

Noyabrın 21-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

YeniAvropa xəbər verir  ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, ən çox qar Xızıya yağıb. Rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetrə çatır.

Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 7-8 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.