logo

Azərbaycanın ən böyük ixracatçısı İtaliyadır

15:29 21-11-2019 | icon 2772
Azərbaycanın ən böyük ixracatçısı İtaliyadır

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.Qeyd edilib ki, 10 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 4 milyard 937 milyon 716 min ABŞ dolları, Türkiyəyə 2 milyard 314 milyon 678 min dollar, İsrailə isə 1 milyard 155 milyon 972 min dollar olub.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 243 milyon 402 min dollar, Türkiyə ilə 3 milyard 641 milyon 507 min dollar, Rusiya ilə isə 2 milyard 240 milyon 455 min dollar təşkil edib.