logo

BDU-nun yataqxanasında zəhərlənən 3 tələbə qızdan 1-i ölüb

13:51 21-11-2019 | icon 4760
BDU-nun yataqxanasında zəhərlənən 3 tələbə qızdan 1-i ölüb

Bakı Dövlət Universitetinin (BDU) 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi barədə Təcili Tibbi Yardıma saat 12:35-də məlumat daxil olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həkimlər hadisə yerinə çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkar ediblər.

"Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Yardıma çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir",-deyə məlumatda bildirilib.