logo

GUAM ölkələri XİN başçıları Bratislavada görüşəcəklər

13:31 21-11-2019 | icon 2352
GUAM ölkələri XİN başçıları Bratislavada görüşəcəklər

GUAM-a üzv ölkələrin Xarici İşlər nazirləri dekabrın 5-6-da Bratislavada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində növbəti dəfə görüşəcəklər.

YeniAvropa xəbər verir  ki, bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib.

İclasda GUAM formatında qarşılıqlı siyasi fəaliyyət, parlamentlərarası əməkdaşlığa dair kompleks tədbirlər, əlaqələrin inkişaf etdirilməsi, eləcə də digər tərəfdaş ölkələrlə münasibətlər və s. məsələlər müzakirə olunacaq.

Bundan əlavə,GUAM-ın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək.