logo

Gürcüstan müxalifəti hökumət binasının qarşısında aksiyası keçirir

12:29 21-11-2019 | icon 2268
Gürcüstan müxalifəti hökumət binasının qarşısında aksiyası keçirir

Gürcüstan müxalifəti noyabrın 21-də səhər Tbilisidə hökumət binası qarşısında etiraz aksiyası keçirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, aksiya iştirakçıları hakim Gürcü Arzusu Partiyasının qərarına əsasən 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsinə etiraz ediblər.

Aksiyada ictimai fəallar və müxalifət partiyalarının liderləri iştirak ediblər.

Mitinq iştirakçıları bir neçə dəfə hökumət administrasiyasının binasının giriş qapısına qıfıl bağlamaq istəyiblər. Polis onların bu cəhdinin qarşısını alıb. Tərəflər arasında qarşıdurma baş verib.

Polis əməkdaşları binanın önündə canlı sədd yaradıblar. Buna baxmayaraq, aksiya iştirakçıları Gürcüstanın hökumət binasının dəmir darvazalarına bir neçə qıfıl asıblar.

Təşkilatçılar bu cür etiraz aksiyalarını davamlı olaraq keçirəcəklərini bildiriblər. Aksiya təşkilatçıları qeyd ediblər ki, bütün dövlət qurumlarının giriş qapılarına qıfıllar bağlanacaq.