logo

Türkiyənin keçmiş Baş Qərargah rəisi vəfat etdi

10:33 21-11-2019 | icon 2436
Türkiyənin keçmiş Baş Qərargah rəisi vəfat etdi

Türkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi Yaşar Böyükanıt vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Yaşar Böyükanıt bu gün səhər 06:05-də ürək çatışmazlığından 79 yaşında dünyasını dəyişib.

O, bir müddət əvvəl İstanbulda xəstəxanada müalicə alıb.

Xatırladaq ki, Türrkiyə mətbuatında Yaşar Böyükanıtın adı daha çox 2007-ci ildə Abdulla Gülün prezident seçilməsində verdiyi dəstəklə bağlı keçir. 2008-ci ildə Yaşar Böyükanıt 47 illlik hərbi qulluqdan sonra təqaüdə çıxıb.