logo

Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın dövlət borcu var

21:20 20-11-2019 | icon 2191
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın dövlət borcu var

Cari il noyabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana 6,874 milyon ABŞ dolları həcmində dövlət borcu var.

YeniAvropa xəbər verir  ki, bu barədə  bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir.

Məlumatda qeyd edilib ki, noyabrın 1-i tarixinə Gürcüstanın 5 419,812 milyon ABŞ dolları həcmində xarici dövlət borcu var. Bunun 5 212,904 milyon dolları hökumətin borcudur.

Gürcüstanın ən çox borcu olduğu ölkələr sırasında ilk üçlükdə Almaniya (315,251 milyon dollar), Fransa (234,0911 milyon dollar) və Yaponiya (215,366 milyon dollar) yer alıb.