logo

Cari ildə Azərbaycanda doğulların 53,2 faizi oğlan uşaqlarııdır

19:15 20-11-2019 | icon 2359
Cari ildə Azərbaycanda doğulların 53,2 faizi oğlan uşaqlarııdır

Cari ilin 1 oktyabr vəziyyətinə görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104702 doğulan körpə qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalıb:

“Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır”.

Xatırladaq ki,  2019-cu il oktyabr ayının 1-i vəziyyətinə  Azərbaycan əhalisinin sayı 10 milyon 44 min 466 nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.