logo

Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək

16:59 20-11-2019 | icon 2107
Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşəcək. 

 YeniAvropa Rusiya KİV-ə istinadən xəbər verir ki, görüş noyabrın 21-də  Moskva şəhərində baş tutacaq. Məlumatda qeyd edilib ki, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək.  

Görüş zamanı tərəflər ölkələr arasında ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparacaqlar.