logo

9 ayda ölkədə 12713 boşanma olub

16:30 20-11-2019 | icon 2345
9 ayda ölkədə 12713 boşanma olub

Bu ilin 9 ayı ərzindəq eydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46898 nikah və 12713 boşanma halları qeydə alınıb.

Məlumatda daha sonra bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb.

“Boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb”,-deyə məlumatda qeyd edilib.