logo

Bakı-Tbilisi-Ərzurum kəməri ilə bu il 8,3 milyard m3-dən çox qaz göndərilib

13:08 20-11-2019 | icon 2814
Bakı-Tbilisi-Ərzurum kəməri ilə bu il 8,3 milyard m3-dən çox qaz göndərilib

Yanvar-oktyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 22 milyard 4,9 milyon kubmetr təbii qaz nəql edilib. 

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, əvvəlki ilin eyni dövrünə nisbətən qaz ixracında 17,9 faiz artım müşahidə olunub.

Bildirilib ki, 10 ayda qaz nəqlinin 38,1 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 8 milyard 376,9 milyon kubmetr təbii qaz ixrac edilib.