logo

Novruz Məmmədova bu dəfə prorektor oldu

22:58 19-11-2019 | icon 2296
Novruz Məmmədova bu dəfə prorektor oldu

Azərbaycanın keçmiş baş naziri Novruz Məmmədovun yeni vəzifəsi məlum olub.

YeniAvropa xəbər verir  ki,  N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinin (ADU) elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Universitetin mətbuat katibi Ağa Cəfərli məlumatı təsdiqləyib.


Qeyd edək ki, Novruz Məmmədov 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

O, 1997– 2017-ci illərdə prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri ,  2017–2018-ci illərdə prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi və şöbə müdiri, 21 aprel 2018-ci ildən 08.10.2019-cu ilədək baş nazir vəzifəsində çalışıb. Bu il oktyabrın 8-da baş nazir postundan istefa verib.

Xatırladaq ki, 1993-cü ildən sonra  belə yüksək vəzifəli dövlət rəsmisinin könüllü olaraq istefa verməsi  Azərbaycanın tarixində ilk hadisə idi.