logo

İran polisi 21 tondan çox narkotik vasitə müsadirə edib

14:07 19-11-2019 | icon 2478
İran polisi 21 tondan çox narkotik vasitə müsadirə edib

Noyabrın 2-dən 8-dək İranın bir sıra vilayətlərində keçirilən əməliyyat tədbirləri nəticəsində 21 ton 173 kiloqram narkotik vasitə müsadirə olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Narkotiklərə Qarşı Mübarizə Komitəsinin nümayəndəsi Naser Aslani məlumat verib. O bildirib ki, polis və təhlükəsizlik orqanlarının birgə əməliyyatı zamanı ən çox narkotik vasitə Sistan-Bəlucistan vilayətində ələ keçirilib. Bu vilayət Əfqanistan ilə sərhəddə yerləşir. Qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edərək narkotik maddələri Avropaya daşımağa çalışırlar. Lakin həyata keçirilən tədbirlər nəticəsində qaçaqmalçılığın qarşısı alınır.