logo

Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda da hiss olunub

13:30 19-11-2019 | icon 2030
Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda da hiss olunub

Noyabrın 19-da Naxçıvan stansiyasından 98 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində maqnitudası 4.8 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:14-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.