logo

Milli Məclisin komitələrində gələn ilin büdcə zərfi müzakirə olunur

12:08 19-11-2019 | icon 497
Milli Məclisin komitələrində gələn ilin büdcə zərfi müzakirə olunur

Noyabrın 19-də Milli Məclisin Əmək və sosial siyasət komitəsi, Elm və təhsil komitəsi, Səhiyyə komitəsi, Mədəniyyət və Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub, təkliflər dinlənilib.

İclası giriş sözü ilə açan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 2020-ci il üçün müzakirə olunan büdcə layihəsinin mütərəqqiliyndən danışıb və onun əhalinin maddi rifah halının yüksəldilməsinə yönəldiyini vurğulayıb.

Müzakirələrdə Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Məlahət İbrahimqızı, Asim Mollazadə, İlham Məmmədov, Rəşad Mahmudov, Novruzəli Aslanov, Qənirə Paşayeva iştirak ediblər.