logo

Bu gün paytaxtın bir hissəsində su olmayacaq

10:59 19-11-2019 | icon 2128
Bu gün paytaxtın bir hissəsində su olmayacaq

Noyabrın 19-da gün ərzində Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azərsu” ASC-dən bildirilib. Qeyd edilib ki, buna səbəb magistral kəmərlərdə aparılan təmir işləridir.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.