logo

"AzVirt" Azərbaycanın ayıracağı kreditlə Serbiyada yol çəkəcək

21:40 18-11-2019 | icon 2653
"AzVirt" Azərbaycanın ayıracağı kreditlə Serbiyada yol çəkəcək

Azərbaycanın "AzVirt" şirkəti Serbiyada Ruma-Sabaç-Loznisa avtomobil yolunun tikintisini həyata keçirəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Serbiyanın İnşaat, Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu, ölkənin avtomobil nəqliyyatının prioritet layihələrindən biridir. Layihənin həyata keçirilməsi üçün Serbiya büdcəsindən ayrılan vəsaitdən əlavə, Azərbaycan Respublikasından alınacaq kredit də sərf olunacaq.

Dəyəri 467,5 milyon avro qiymətləndirilən yolun ümumi uzunluğu 80 km olacaq. Yolun Sabaç-Loznisa hissəsi yüksəksürətli yol kimi tikiləcək. Layihədə həm də Sava çayı üzərindən körpünün tikintisi də nəzərdə tutulub.