logo

Paytaxtda beş evdən oğurluq edən keçmiş məhkumlar tutulublar

19:15 18-11-2019 | icon 224
Paytaxtda beş evdən oğurluq edən keçmiş məhkumlar tutulublar

Maştağa qəsəbəsindəki evlərin birindən kondisioner oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş - E.Əliyev və Ə.Muxtarov Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, onların daha 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Noyabrın 6-da Masallı rayonu ərazisindəki evlərin birindən 500 manat və 1250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şərəfə kənd sakini, əvvəllər məhkum olunmuş R.Zeynalov Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.