logo

Qala qəsəbəsindəki ağır avtoqəzada bir ailənin 4 üzvü öldü

18:45 18-11-2019 | icon 3829
Qala qəsəbəsindəki ağır avtoqəzada bir ailənin 4 üzvü öldü

Daxili İşlər Nazirliyi (DİN) Xəzər rayonunun Qala qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri H.Hümbətovun və V.Dadaşovun idarə etdikləri müvafiq olaraq, “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.