logo

İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilib

17:13 18-11-2019 | icon 2548
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilib

Noyabrın 18-də İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransının açılış mərasimi keçirilib.

 YeniAvropa xəbər verir ki, Dolmabağça sarayında keçirilən ikigünlük konfrans “Yaxşı idarəetmə və ombudsmanlıq” mövzusuna həsr olunub.

Tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqın sahib çıxdığı bir dövləti heç bir gücün yıxa bilməyəcəyini bildirib. Ölkəsinin uzun illər boyu terrorla mübarizə aparmasına baxmayaraq, davamlı olaraq gücünü və qüdrətini artırdığını qeyd edən prezident Ərdoğan dünyada ən az inkişaf etmiş ölkələrə, qaçqınlara ən böyük dəstəyi verən dövlətin də məhz Türkiyə olduğunu qeyd edib. O, bu günədək Türkiyə tərəfindən qaçqınlar üçün 40 milyon dollardan çox vəsaitin xərcləndiyini bildirib.

Qondarma “erməni soyqırımı” məsələsinə də toxunan ölkə başçısı baş verən bütün hadisələrin tarixi sənədlərdə qeyd edildiyini və gələcək nəsillərin hər bir ölkəyə layiqli qiymət verəcəyini bildirib.