logo

Zelenski-Putin görüşü dekabrın 9-da keçiriləcək

17:55 18-11-2019 | icon 2464
Zelenski-Putin görüşü dekabrın 9-da keçiriləcək

Dekabrın 9-da keçiriləcək “Normand formatı” (Ukrayna, Almaniya, Fransa, Rusiya) sammitinə hazırlıq yekun mərhələyə daxil olub.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. O, “Normand formatı”nın işində çox uzun fasilə olduğunu xatırladıb.

Dmitri Peskov, həmçinin Rusiya Prezidenti Vladimir Putinin noyabrın 18-də beynəlxalq telefon danışığı keçirəcəyini deyib. Kreml nümayəndəsi prezidentin həmsöhbətinin kimliyini açıqlamasa da, danışığın əsasən “Normand formatı”na hazırlıqla əlaqədar olacağını bildirib.